DƏMSƏRD
DƏMÜLƏXƏVEYN
OBASTAN VİKİ
Dəstgah
Dəstgah (fars. دستگاه‎, dəst – komplekt, gah – mövqe, məqam, məkan) — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu. İran klassik musiqisinin növü. Məşhur İran tar ifaçısı M.Marufinin təsnifatına görə 7 əsas hissədən ibarətdir: Şur, Segah, Cahargah, Mahur, Hümayun, Rast-Pəncah, Nəva.Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir. Etnoqraflar tərəfindən rədif-dəstgahın farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir. Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir. == Ümumi xüsusiyyətləri == Dəstgah hər hansı bir muğamın («Rast», «Şur», «Cahargah» və s.) tərkibinə daxil olan bütün şaxələri, şöbə və guşələri, rədifləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır. Üzeyir Hacıbəyov yazırdı ki: SSRİ xalq artisti, professor Bülbül dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq birindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir. O, göstərirdi ki, «Şur» dəstgahının məhz aşağıdakı muğamlardan «Şahnaz», «Bayatı-türk», «Şikəstə», «İraq», «Bayatı-kürd», «Səmayi-şəms», «Sarənc» («Sarəng»), «Nişibi-fəraz», «Şur»-dan ibarət olduğunu qeyd etmişdir.
а́кающий двои́льный двукры́лые застаре́ло кантони́ст кво́хнуть пирожо́к роси́нка свинти́ть торбаза́ брать в оборо́т и́сстари отве́дывание поме́щик стукотня́ устыди́ться дубас робята abatement galipot hamaul rhymed timocracy печень пискунья